"Sabah" çempionluğun favoritidir - "Qarabağ"a 28, "Neftçi"yə 4 faiz şans verdilər

15:17 - 28 Oktyabr 2026

"Football Meets Data" analitika şirkəti Misli Premyer Liqasında komandaların çempionluq ehtimallarını açıqlayıb.

Sportal.az xəbər verir ki, onlar son çempion "Sabah"ı favorit hesab edirlər. "Bayquşlar"ın çempionluq ehtimalı 68 faiz olaraq dəyərləndirilib.

Mövsümü zirvədə tamamlamağa ikinci namizəd "Qarabağ"dır. Ağdam təmsilçisinin şansları 28 faiz qiymətləndirilib. "Neftçi"nin çempionluq ehtimalı isə 4 faiz faizdir.

Qeyd edək ki, Premyer Liqada 9 tur arxada qalıb. 8 oyun keçirən və 20 xalı olan "Sabah" liderdir. 9 matçda 18 xal toplayan "Neftçi" ilə 8 qarşılaşmadan sonra eyni sayda xalı olan "Qarabağ" 2-3-cü pillələrdə qərarlaşıblar.

Xəbər xətti