İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Joao Pedro sıradan çıxıb. Bu barədə baş məşqçi Xabi Alonso məlumat yayıb:
"Joao Pedro əzələ zədəsi alıb. Bir neçə həftə onun xidmətindən yararlana bilməyəcəyik".
Qeyd edək ki, "Çelsi" Joao Pedronu 2025-ci ilin yayında "Brayton"dan 64 milyon avroya transfer edib. Braziliya millisinin üzvü olan 25 yaşlı forvard cari mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 7 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
