"Barselona" isveçli transfer etmək istəyir

12:47 - 27 Oktyabr 2026

"Barselona" transfer çalışmalarını davam etdirir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Tottenhem”in mərkəz yarımmüdafiəçisi Lukas Bervalla maraqlanır.

İspaniya nəhəngi 20 yaşlı isveçli üçün artıq hərəkətə keçib. Onun “Tottenhem”lə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.

İsveç millisinin üzvü ilə həm də “Napoli” maraqlanır. Berqval “Brommapoykarna” yetirməsidir. O, 2024-cü ildə “Yurqorden”dən “Tottenhem”ə keçib.
 

Xəbər xətti