Azərbaycan yığması Çili ilə üz-üzə

09:59 - 28 Oktyabr 2026

Bu gün Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatında növbəti görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv 65-96-cı yerlər uğrunda mübarizənin 1/16 final mərhələsində Çili ilə üz-üzə gələcək.

Qarşılaşmaya 11:30-da start veriləcək.

Bu cütün qalibi növbəti raundda Belarus – Cəbəllütariq qarşılaşmasının sevinən tərəfi ilə qarşılaşacaq.

Məğlub tərəf isə həmin cütün uduzanı ilə qarşılaşacaq.

Qeyd edək ki, yığma komandamız AF qrupunu 3-cü sırada başa vurmuşdu.

Xəbər xətti