Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Səbail" - "Zirə" (2:2; penaltilər seriyası 2:3) matçında maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Samuel Nonqoh 2 dəfə sarı vərəqə almasına baxmayaraq qırmızı vərəqə almayıb və matçda sona qədər qalıb.Belə ki, Nonqoh 68 və 80-ci dəqiqələrdə sarı vərəqə alsa da, oyunun baş hakimi Səbuhi Bayramov tərəfindən qırmızı vərəqə ilə cəzalanmayıb.
Həmin anların videosu ilə sizi tanış edirik:
saytlarin hazirlanmasi
