Rumıniya Kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Proqresul Spartak”la qarşılaşıb. Görüş qonaqların 6:0 hesablı böyükhesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Hüseynov 73-cü dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası dörd top fərqi ilə öndə olub.
Hazırda “Petrolul” 3 xalla B qrupunda 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
