AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
23.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Araz-Naxçıvan”– “Qəbələ” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
23.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Araz-Naxçıvan”– “Qəbələ” oyununda “Qəbələ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
24.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Şəfa”– “Kəpəz” oyunundan əvvəl “Şəfa” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Şəfa” komandası 1500 manat cərimə edilsin (maddə 84.1);
24.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Neftçi”– “Turan Tovuz” oyununun 29-cu dəqiqəsində “Neftçi” komandasının 5 nömrəli futbolçusu İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
25.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “İmişli”– “Şamaxı” oyununda “Şamaxı” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
25.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);
25.10.2026-cı il tarixində Misli Premyer Liqasında IX turun “Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən stadionda 27 ədəd skamya sındırıldığına görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86);
saytlarin hazirlanmasi
