Xorvatiya millisinin və “Dallas”ın hücumçusu Petar Musa İtaliyaya köçməyi planlaşdırır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 28 yaşlı forvard “Milan”ın transfer siyahısındadır.
“Rossonyerlər” mərkəz hücumçusunun keçidini qışda reallaşdırmağı planlaşdırır. Musa özü də “Milan”a keçidə müsbət yanaşır.
Onun ABŞ təmsilçisi ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
Petar “İnter”(Zapreşiça), “Slaviya”(Praqa), “Viktoriya Jijkov”, “Slovan”(Liberets), “Union Berlin”, “Boavişta”, “Benfika” komandalarının futbolçusu olub.
saytlarin hazirlanmasi
