Kristian Pulişiç daha bir neçə il “Milan”da qalmağa hazırdır.
Sportal.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır və proses artıq son mərhələyə yaxınlaşıb. Hələlik müqavilənin şərtləri razılaşdırılmasa da, hər iki tərəf danışıqların müsbət nəticələnəcəyinə nikbin yanaşır.
Amerikalı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bununla yanaşı, “rossoneri”nin müqaviləni daha bir il uzatmaq hüququ da var.
Pulişiç 2023-cü ildə 22 milyon avro qarşılığında “Milan”a transfer olunub. O, indiyədək İtaliya klubunun heyətində keçirdiyi 143 oyunda 43 qol vurub.
saytlarin hazirlanmasi
