Azərbaycan cüdoçularından 2 qızıl medal

18:58 - 29 Oktyabr 2026

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın iki idmançısı qızıl medal qazanıb.

Könül Əliyeva (48 kq) finalda türkiyəli Merve Azak ilə qarşılaşıb və rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla o, "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

60 kq. cəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev isə həlledici görüşdə tacikistanlı Loiq Kudbudinovla üz-üzə gəlib. İppomla qalib gələn idmançımız qızıl medalın sahibi olub.

Xəbər xətti