Arsen Venger Bakıda keçirilən dünya çempionatı haqda danışdı

19:30 - 29 Oktyabr 2026

FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda təşkil olunan U-15a dünya çempionatı və festivalının formatı haqqında fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, AS nəşrinə danışan fransalı mütəxəssis bunları deyib:

​"Deyərdim ki, hər şey qüsursuz işləyir. Oyunçuların sayının az olmasını istəyirdik. Çünki 11-in 11-ə futbolda ölkələr arasındakı fərq həddindən artıq böyük olardı. Biz həmçinin hər kəsin bir-biri ilə qarşılaşa bilməsi üçün matçların vaxtının olmasını istəyirdik. Hər bir istedada şans vermək deyəndə, əslində imkanlar yaratmaq nəzərdə tutulur. Onlar bura gəlib oynaya və elitada özlərinə yer etmək üçün lazımi keyfiyyətlərə malik olduqlarını kəşf edə bilərlər.
​Uzun bir yol

Həyatda hansı idman növünə həvəsin varsa, onun hansı səviyyədə olduğunu bilmək istəyirsən. Məhz buna görə də hamıyla oynamaq lazımdır ki, kiçik ölkələrin komandaları böyüklərlə üz-üzə gəlsinlər. Şübhəsiz ki, onlar xəyallarla və xoş xatirələrlə dolu olacaqlar. Lakin eyni zamanda öz səviyyələrini bildikləri üçün təkmilləşmək adına nəyə diqqət etməli olduqlarını da anlayacaqlar”.

Xəbər xətti