“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda üçüncü oyununa çıxıb.
Sportal.az xəbər verir ki, 4-cü turda Portuqaliyanın “Sportinq” klubunu qəbul edən Murad Dikmənin baş məşqçisi olduğu komanda 69:67 hesablı qələbə qazanıb.
Qarşılaşma Gəncə İdman Sarayında keçirilib.
Xatırladaq ki, “Gəncə” yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi “Kolossos”a (62:80) və Türkiyənin “Esenler Erokspor” klubuna uduzub – 63:92. Komandanın 3-cü turda “Rilski Sportist” (Bolqarıstan) ilə qarşılaşması təxirə salınıb
saytlarin hazirlanmasi
