"Tottenhem"in müdafiəçisi "Barselona"nın prezidentinin maraq dairəsində

23:03 - 29 Oktyabr 2026

Pedro Porro “Barselona”ya transfer oluna bilər.

Sportal.az xəbər verir ki, heyətində çoxsaylı zədələrin olması səbəbindən “Barselona” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirə bilər.

Klub hələlik yekun qərar verməyib. Kataloniya təmsilçisi ilk növbədə zədəli futbolçuların bərpa prosesini izləmək istəyir. Bununla belə, transfer bazarına çıxmaq zərurəti yaranarsa, əsas hədəflərdən biri “Tottenhem”in müdafiəçisi Pedro Porro ola bilər.

Bildirilir ki, ispaniyalı futbolçu “Barselona”nın prezidenti Joan Laportanın diqqətini çəkib. Laporta onun DÇ-2026-nın həlledici mərhələlərindəki çıxışından təsirlənib. Kataloniya klubu hələ yay transfer pəncərəsi bağlanmazdan əvvəl Porro ilə bağlı məlumat istəyib.

27 yaşlı müdafiəçi cari mövsümdə İngiltərə Premyer Liqasında 4 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.

Xəbər xətti