“Mançester Yunayted” yanvar ayında yeni mərkəz hücumçusu transfer etmək istəyir.
Sportal.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin maraq dairəsinə düşən futbolçulardan biri “Lids”in hücumçusu Dominik Kalvert-Lyuindir.
29 yaşlı ingiltərəli futbolçu bir müddətdir “Mançester Yunayted”in diqqət mərkəzindədir. Klubun skautları onun qış transfer pəncərəsində transferinin mümkün olub-olmadığını araşdırırlar.
Bununla belə, “Lids”in futbolçunu satmaq niyyətində olmadığı və onunla müqaviləni uzatmaq istədiyi bildirilir. Hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Kalvert-Lyuin cari Premyer Liqa mövsümündə keçirdiyi 8 oyunda 4 qol vurub. O, İngiltərə çempionatının ötən mövsümündə isə 35 qarşılaşmada 14 dəfə fərqlənib.
Is this conversation helpful so far?
saytlarin hazirlanmasi
