Azərbaycanın U-15 yığma komandası FIFA U-15 dünya çempionatı və festivalının C səviyyəsində son oyununu keçirdi.
Sportal.az xəbər verir ki, Azərbaycan yığması 83-cü yer uğrunda Əfqanıstanla qarşılaşıb.
Bakıdakı Hövsan Yarış Kompleksində keçirilən oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında isə əfqanlar 3:2 qalib gəlib.
