"Mançester Siti"nin yarımmüdafiəçisi Rayan Şerko Avropanın bir neçə klubunun transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.
Fransalı futbolçu ilə maraqlananlar arasında "Real" və PSJ də var. Hər iki klub vəziyyəti izləyir və Şerkini heyətinə qatmaq imkanını nəzərdən keçirir. Bundan əlavə, sentyabrda yayılan xəbərlərdə "Bavariya"nın da 23 yaşlı hücumameyilli yarımmüdafiəçiyə maraq göstərdiyi və onu potensial transfer hədəfləri siyahısına daxil etdiyi bildirilirdi.
Premyer Liqa nəhəngi Rayan üçün təxmini qiymət müəyyən edib. Belə ki, İngiltərə klubu onun yarımmüdafiəçi üçün təxminən 90 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Mançester Siti" Rayan Şerkini 2025-ci ilin yayında "Lion"dan 37 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 13 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
