15 yaşlıların uğursuzluğunun günahını da Elxan Məmmədovun üstünə atmaq cəhdi - bəs, AFFA onun gedişindən sonrakı 5 ilə yaxın müddətdə nə iş görüb?

16:13 - 30 Oktyabr 2026

Qəbahəti böyükdür. Futbolumuzun bu gündə olmasının əsas günahkarı Elxan Məmmədovdur. Bunu illərdi deyirik, bu fikirdə yekdillik var. 

Lakin bəzən yeri gəldi-gəlmədi Məmmədovun adının hallanması, ona aid olmayan məsələlərin də keçmiş baş katibin ayağına yazmaq cəhdləri kənardan yaxşı görünmür. 

Elxan Məmmədov AFFA-dakı işindən rəsmən 2022-ci ilin aprel ayında ayrılıb. Həmin prosesin ərəfəsini də nəzərə alsaq, hardasa 5 ilə yaxın vaxt eləyir. İndi U-15 dünya çempionatı və festivalında oynayan uşaqların o vaxt 10 yaşı var idi. 

Həmin uşaqlar böyüyüblər və çox zəif görünürlər. Müharibələrdən başı açılmayan Əfqanıstana da uduzurlarsa, sözün bitdiyi yerdir. Təsəvvür eləyin, Avropanın 30-dan çox yığmasının qatılmadığı turnirdə 84-cü yer. 

Nə rahatdır hər şeyi Elxan Məmmədovun üstünə atmaq. Bəs, o gedəndən sonra 5 ilə yaxın müddətdə nə iş görülüb?

Emin Abbasov

Xəbər xətti