Türkiyə Super Liqasında X turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" doğma meydanda "Çorum"u qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman bu matçın iştirakçısı olmayıb. 22 yaşlı forvard sona qədər ehtiyatda qalıb. Millimizin üzvü Super Liqa təmsilçisinin heyətində 3 rəsmi matçda cəmi 55 dəqiqə meydanda olub.
Qeyd edək ki, 10 turdan sonra 14 xal toplayan "Ərzurumspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
