"Turan Tovuz" "Sportiq"in keçmiş futbolçusu üçün danışıqlara başladı

14:33 - 31 Oktyabr 2026

"Turan Tovuz" artıq indidən komandanın əsas oyunçuları ilə işbirliyini davam etdirmək üçün danışıqlara başlayıb.

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi komandanın aparıcı üzvlərindən olan Xorxe Silvanın müqavilə müddətini artırmaq niyyətindədir. Hazırda portuqaliyalı futbolçu ilə danışıqlar gedir.

Onun müqavilə müddəti 1 illik artırıla bilər. Xorxenin “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 30 yaşlı futbolçu “Sportinq”B, “Leykşoeş”, “Pakoş Ferreyra”, “Olimpiya”(Lyublyana) klublarının formasını geyinib.
 

Xəbər xətti