Dadaşov qol vurdu, komandası qalib gəldi

14:48 - 31 Oktyabr 2026

Almaniyada Şimal-Şərq Regionalliqasında  15-ci turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) evdə “Ayntraxt 1949”(Frankfurt) klubu ilə qarşılaşıb və rəqibini 2:0 məğlub edib.

Dadaşov meydana start heyətində çıxıb və 25-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. O, 66-cı dəqiqədə əvəzlənib. "Dinamo" hazırda 29 xalla üçüncü yerdədir.

Xəbər xətti