Albaniyada futbol üzrə Superliqanın 9-cu turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Teuta”nı 1:0 hesabı ilə məğlub edib. Əliyev bu dəfə də matçın 90 dəqiqəsini ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, hazırda “Eqnatiya” 21 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
