Türkiyəli futbolçudan son 5 oyuna 5 qol töhfəsi

22:02 - 1 Noyabr 2026

Arda Gülər “Real"ın heyətində keçirdiyi son 5 oyunda qol və məhsuldar ötürmə üzrə 5 xal toplayıb.

Sportal.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi La Liqanın 11-ci turunda “Rasinq”ə qarşı keçirilən matçın ilk hissəsində Cud Bellinqemə məhsuldar ötürmə verib (3:0, ikinci hissə davam edir).

Gülər əvvəlki 4 oyunun yalnız birində, “Barselona” ilə qarşılaşmada (2:1) qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Bu müddət ərzində Arda “Sevilya” (4:1) və “Leypsiq” (4:1) ilə oyunlarda fərqlənib, “Roma”ya qarşı matçda (4:3) isə iki məhsuldar ötürmə edib.

Xəbər xətti