Türkiyə Super Liqasında X turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Trabzonspor" doğma meydanda "Qaziantep"i qəbul edib. Qarşılaşma Tomas Raysın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 22-yə yüksəldən "Trabzonspor" turnir cədvəlinin III pilləsində qərarlaşıb. 8 xalı olan "Qaziantep" isə XV yerdədir.
"Trabzonspor" - "Qaziantep" 2:0
Qollar: Stefan Saviç, 45+2, Ernest Muçi, 61
