"Arsenal" 14 il sonra "Enfild"də "Liverpul"u məğlub etdi - İCMAL

23:47 - 1 Noyabr 2026

“Arsenal” son 14 ildə ilk dəfə İngiltərə Premyer Liqasında səfərdə “Liverpul”u məğlub edib.

Sportal.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının 9-cu turunda mersisaydlılara 1:0 hesabı ilə qalib gəlib.

Bu, “topçular”ın 2012-ci ildən bəri Premyer Liqa çərçivəsində “Enfild” stadionunda qazandığı ilk qələbədir.

“Arsenal” sonuncu dəfə 2012-ci il sentyabrın 2-də Lukas Podolski və Santi Kasorlanın qolları sayəsində “Liverpul”u 2:0 hesabı ilə məğlub etmişdi.

İngiltərə Premyer Liqası

IX tur

"Liverpul" - "Arsenal" 0:1

Qol: K.Havertz,16

Xəbər xətti