"Neftçi"nin surinamlı futbolçusu Denzel Jubitana Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” üzərində səfərdəki 3:2 hesablı qələbəsini şərh edib:
"Qələbədən çox məmnunuq. Bu, bizim üçün son dərəcə vacib idi. Həmçinin komandanın uğuruna töhfə verə bildiyim üçün şadam. Buna görə də məmnunam. Buraxdığımız qollarda sadəcə şanssız idik. Birini standart vəziyyətdən buraxdıq. Bu kimi vəziyyətlərdə daha diqqətli olmalıyıq. Amma əsas odur ki, rəqibimizdən daha çox qol vurduq və qalib gəldik. Birinci yerə yüksəldik. Məqsədimiz də məhz bu idi. Ötən həftə sonu digər komandaların nəticələrini izləmişdik. Ona görə də hazırkı mövqeyimizdən çox məmnunuq. Amma dayana bilmərik, hələ son məqsədimizə çatmamışıq. Yaxşı işimizi davam etdirməliyik. Qarşıda "Kəpəz"lə oyun var. Bu həftə buna yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik".
Mirbağırağa
