Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Kevin De Bruyne İtaliya A Seriyasının 10-cu turunda "Yuventus"la(2:0) görüşdə sıradan çıxıb.
Belçikalı tibbi müayinədən keçib və onun bağlarında dartılma olması dəqiqləşib.
Onun nə zaman meydanlara qayıdacağı dəqiq deyil.
Qeyd edək ki, "Sabah" - "Napoli" görüşü yanvarın 20-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi
