Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər

19:59 - 2 Noyabr 2026

"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatan Lisandro Martines karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Barselona" Argentina milli komandasının üzvünün xidmətində maraqlıdır. Kataloniya təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisini yanvarda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Lisandro Martinesi 2022-ci ilin yayında "Ayaks"dan 57 milyon avroya transfer edib. 28 yaşlı futbolçu cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti