“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” mükafatını Çempionlar Liqasının qalibi olmaqla dəyişib-dəyişməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Sportal.az xəbər verir ki, ingiltərəli hücumçu öz açıqlamasında bunları qeyd edib:
“Mən həmişə demişəm ki, biz futbolu komanda titulları qazanmaq üçün oynayırıq. Düşünürəm ki, idman növümüzdə komanda amili həqiqətən çox vacibdir. Etiraf etməliyəm ki, ötən həftə “Qızıl top”u qazanmaq həyatımın və karyeramın ən gözəl anlarından biri idi. Buna heç bir şübhə yoxdur. Bu mükafatın və həmin axşamın şəxsən mənim üçün nə qədər xüsusi olduğunu qətiyyən inkar etmirəm. Amma düşünürəm ki, “Bavariya” ilə Çempionlar Liqasını qazansaydım, sevincimi komanda yoldaşlarımla bölüşmək, qələbəni komanda və klubla birlikdə qeyd etmək inanılmaz hiss olardı.
Ümumilikdə, karyerama nəzər salanda “Qızıl top”un məni daha yüksək səviyyəyə qaldıran möhtəşəm nailiyyət olduğunu düşünürəm. Bununla yanaşı, Çempionlar Liqası kimi böyük turnirlərin finallarında oynamaq, qalib gəlmək və həmin emosiyaları komanda yoldaşlarımla birlikdə yaşamaq istəyirəm.
Buna görə də, bəli, mən Çempionlar Liqasını seçərdim. Amma hazırda elə bir vəziyyətdəyəm ki, hər ikisini qazanmaq imkanım var. Görək, nəticə necə olacaq”.
saytlarin hazirlanmasi
