Əliyar Ağayev UEFA Avropa Liqası oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, FIFA referisi Liqa mərhələsinin IV turunun "Selta" (İspaniya) - "Yunion" (Belçika) matçını idarə edəcək.
Ona yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. VAR-da avstriyalı Manuel Şuettenqruber, AVAR-da isə İnqilab Məmmədov əyləşəcək.
Qeyd edək ki, "Selta" - "Yunion" qarşılaşması noyabrın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
