Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
30.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Turan Tovuz”– “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Turan Tovuz” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
30.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Turan Tovuz”– “Sabah” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
31.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Qəbələ”– “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 86.12);
31.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Qəbələ”– “Qarabağ” oyununda “Qarabağ” komandasının 9 nömrəli futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilsin (maddə 83.2);
31.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Qəbələ”– “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
01.11.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Şamaxı”– “Neftçi” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
01.11.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Şamaxı”– “Neftçi” oyununda “Neftçi” komandasının fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 99, 94, 72);
02.11.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Sumqayıt”– “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
saytlarin hazirlanmasi
