“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx dabanından aldığı zədə səbəbindən Çempionlar Liqasında “Fənərbaxça”ya qarşı keçiriləcək oyunu buraxacaq.
Sportal.az xəbər verir ki, Qravenberx müalicəsini davam etdirmək üçün İngiltərədə qalıb və komanda ilə birlikdə Türkiyəyə yollanmayıb. Niderlandlı futbolçu Premyer Liqanın əvvəlki turunda “Arsenal”a qarşı keçirilən və 0:1 hesabı ilə başa çatan matçda da meydana çıxmayıb.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 7 oyuna çıxan yarımmüdafiəçi 1 məhsuldar ötürmə ilə yadda qalıb və 1 qırmızı vərəqə alıb.
saytlarin hazirlanmasi
