I Liqanın XII turunun bu günə nəzərdə tutulan "Mingəçevir" - "Şahdağ Qusar" matçı baş tutmayıb.
Sportal.az xəbər verir ki, buna səbəb ev sahibi komandanın təyin olunmuş vaxtda stadionda olmamasıdır. Peşəkar Futbol Liqasının açıqlaması belədir:
"Prosedura uyğun olaraq, oyun vaxtı təyin olunub. Rəqib komanda və oyunun təşkilinə cavabdeh olan şəxslər müəyyənləşdirilmiş vaxtda stadionda olublar. Meydan sahibi "Mingəçevir" komandası təyin olunmuş vaxtda stadiona gəlməyib. Əsasnaməyə uyğun olaraq, 30 dəqiqə gözlənilib və matç baş tutmamış hesab olunub. Bununla bağlı yekun qərar İntizam Komitəsinin səlahiyyətindədir".
Qeyd edək ki, "Mingəçevir"də olan maliyyə problemlərinə görə maaş almayan futbolçular oyuna çıxmaqdan imtina ediblər.
saytlarin hazirlanmasi
