UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah" bu gün 4-cü tur oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Norveçdə "Vikinq"in qonağı olacaq.
Vikinq Stadionunda keçiriləcək görüş Bakı vaxtilə saat 00:00-da start götürəcək.
"Bayquşlar" üç turdan sonra iki məğlubiyyət və bir qələbə qazanıblar. İki matçını uduzan "Vikinq" isə yalnız nəhəng "Bayern"lə heç-heçə edib.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur
00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan)
Baş hakim: Sander van der Eyk
Yan xətt hakimləri: Rens Bluemink, Stefan de Qrot
Dördüncü hakim: Coui Koy (hamısı Niderland)
Norveç, Stavanger. Vikinq Stadionu.
saytlarin hazirlanmasi
