“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına dəvət edilib.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu qarşıdan gələn Millətlər Liqası matçlarında milli komandanın heyətində debüt edə bilər.
Belə ki, Ukrayna yığması Şimali İrlandiya (14 noyabr) və Gürcüstan (17 noyabr) ilə qarşılaşacaq.
O, əvvəllər aşağı yaş qruplarından ibarət yığma komandada oynasa da, A milli səviyyəsində ilk dəfə yığmaya cəlb olunub.
saytlarin hazirlanmasi
