Ayxan Abbasov Litvada jurnalistlər önünə çıxacaq

15:18 - 25 Sentyabr 2026

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, öncə milli komandamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı baş tutacaq: 


26 sentyabr
 
Azərbaycan milli komandası
16:15 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
17:00 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq
 
Litva milli komandası
18:00 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
18:30 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq

Qeyd: Mətbuat konfransları və açıq məşqlər “Dariaus ir Gireno” stadionunda keçiriləcək.

Xəbər xətti