"Rahatlığına görə "Qarabağ"dan ayrılmaq qərarı mənim üçün anlaşılmazdır" - "Real" və "Liverpul"un keçmiş qapıçısı Koxalskini tənqid etdi

15:53 - 25 Sentyabr 2026

Polşa futbol əfsanəsi, “Liverpul” və “Real”ın (Madrid) keçmiş qapıçısı Yeji Dudek həmyerlisi Mateuş Koxalskinin "Qarabağ"ı “Veçista”ya dəyişməsini tənqid edib.

Sportal.az xəbər verir ki, “Polsat Sport”a danışan Dudek Koxalskinin “Qarabağ”ı tərk etməklə səhv addım atdığını deyib:

“Çempionlar Liqasında və bu yaxınlarda "Qarabağ"la Avropa Liqasının seçmə mərhələsində oynamış Koxalskinin ətrafında komanda qurmağa dəyərmi, bunu düşünmək lazımdır. Lakin onun rahatlıq üçün Polşa liqasına geri qayıtmasını, üstəlik də "Veçista”nı seçməsi....Rahatlığına görə "Qarabağ"dan ayrılmaq qərarı mənim üçün bir qədər anlaşılmazdır. Avropanın ən yaxşı klubuna keçmək üçün mübarizə aparmalı olan futbolçu rahatlığı, “Veçista”ya keçidi seçdi. Bunun da müqabilində Polşa millisinə dəvət edildi aldı. Bu, baş məşqçi Urbanın oyunçu seçimindəki peşəkarlığına və mühakiməsinə ziddir. Halbuki, Urban özü də bildirmişdi ki, oyunçu Polşa liqasına geri qayıdan kimi milli komandaya düşmək şansı olmayacaq”.
 

Xəbər xətti