Türkiyənin "Çorum" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Burak Yılmazın son iş yeri bu ilin aprelində ayrıldığı "Qaziantep" olub. "Çorum" isə ötən gün Uğur Uçarla yollarını ayırıb.
saytlarin hazirlanmasi
