Jurnalist mətbuat konfransı zamanı Zinəddin Zidandan avtoqraf istəyib.
Sportal.az xəbər verir ki, sentyabrın 25-də Türkiyə millisi Millətlər Liqası çərçivəsində Fransa yığmasını qəbul edəcək. Fransa millisinin baş məşqçisinin oyunöncəsi mətbuat konfransında Türkiyənin TRT kanalının jurnalisti Zidana müraciət edib:
“Sizin yanınızda olmaq mənim arzumdur. Mən sizin böyük pərəstişkarınızam. Özüm ilə bir kitab gətirmişəm, ona avtoqraf yaza bilərsiniz?”
“Bəli, bunu sonra edərik. Əlbəttə, problem yoxdur”, – deyə Zidan cavab verib.
saytlarin hazirlanmasi
