UEFA Millətlər Liqası D Liqasının II turunun ilk turu çərçivəsində keçiriləcək Litva - Azərbaycan matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, oyunu Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Görüşün baş hakimi Menelaos Antoniou olacaq. Ona yan xətlərdə Pavlos Georgiou ilə Eraklis Komodromos köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək. VAR-da Marios Kristoforou, AVAR-da isə Dimitris Solomou əyləşəcək.
Qeyd edək ki, Litva - Azərbaycan qarşılaşması 27 sentyabr tarixində baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi
