Klopp Almaniya millisində ən uğursuz başlanğıc edən mütəxəssis oldu

19:58 - 28 Sentyabr 2026

Yürgen Kloppun Almaniya milli komandasının baş məşqçisi vəzifəsində fəaliyyəti uğursuz başlayıb.

Sportal.az xəbər verir ki, yığma UEFA Millətlər Liqasının 2026/27 mövsümünün II turunda Yunanıstana 0:1 hesabı ilə məğlub olub.

Almaniya seçməsi ​Kloppun rəhbərliyi altında keçirilən ilk matçda Niderlandla heç-heçə oynayıb - 1:1. Beləliklə, iki görüşdən sonra komandanın cəmi bir xalı var.

Bu, Almaniya millisinin tarixində bütün məşqçilər arasında ən pis startdır. Daha əvvəl Sepp Herberqer və Helmut Şen ilk iki matçda qələbə qazana bilməsələr də, hər biri iki heç-heçə edərək 2 xal qazanmışdı.

​Herberqer Almaniya millisinə 1936-1964-cü illərdə rəhbərlik edib, Şen isə komanda ilə 1964-cü ildən 1978-ci ilə qədər işləyib. Hər iki mütəxəssis sonradan Almaniya millisini dünya çempionatının qalibi edib.

Xəbər xətti