İtaliya və Belçika arasında keçirilən UEFA Millətlər Liqası matçının final fitindən sonra Canluici Donnarumma ilə Romelu Lukaku arasında münaqişə yaranıb.
Sportal.az xəbər verir ki, "Stadio Olimpiko"da keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüş başa çatdıqdan sonra Belçika millisi tarixində ən çox qol vuran futbolçu olan Lukaku azarkeşlərə 2:0 hesabını işarə edən jest göstərib, daha sonra isə barmağını dodaqlarına yaxınlaşdıraraq tribunaları səssizliyə çağırıb.
Donnarumma belçikalı hücumçunun yanına gedib və bundan sonra futbolçular arasında sözlü mübahisə düşüb. Oyunçuları sakitləşdirmək üçün komanda yoldaşları və hakimlər müdaxilə etməli olublar. Nəticədə hər iki futbolçu sarı vərəqə ilə cəzalandırılıb.
saytlarin hazirlanmasi
