İtaliya Superkubokunun formatı dəyişdirildi

19:35 - 26 Sentyabr 2026

A Seriyası 2026-cı ildə İtaliya Superkubokunun keçirilməsində dəyişiklikləri təsdiqləyib.

Sportal.az xəbər verir ki, Superkubok yenidən ölkə çempionu və kubokun sahibi arasında bir matç formatında oynanılacaq.

​Matç dekabrın 22-də Milandakı "San-Siro" stadionunda baş tutacaq. Superkubok uğrunda İtaliya çempionu olan "İnter" və kubokun sahibi "Latsio" mübarizə aparacaqlar.

​Beləliklə, turnir 2021-ci ildən bəri ilk dəfə İtaliyaya qayıdacaq. Son dörd il ərzində həlledici matç Səudiyyə Ərəbistanında keçirilirdi.

​2023–2025-ci illərdə Superkubok dörd komandanın iştirakı ilə oynadılırdı. Turnirdə A Seriyasının çempionu və vitse-çempionu, eləcə də kubokun sahibi və finalçısı çıxış edirdilər.

Xəbər xətti