Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyi ali məktəb və kollec tələbələri üçün "Alpaqut Gənclər Şəbəkəsi" proqramına qeydiyyat elan edir.
Sportal.az xəbər verir ki, proqram pulsuzdur və 15 oktyabr 2026-cı ildən başlayır.
Məşqlər hər bazar günü saat 11:00–14:00-da Bakı İstanbul Liseyində keçiriləcək. İştirakçılar alpaqut, KAÇUT (alpaqutun taktiki özünümüdafiə sistemi) və türk oxçuluğu öyrənəcəklər. Əvvəlki idman təcrübəsi tələb olunmur, avadanlıq yerində verilir.
Proqramın əsas fərqi ixtisas qruplarıdır. Hər tələbə öz ixtisası üzrə federasiyanın real işlərində iştirak edir: informatika tələbəsi rəqəmsal layihələrdə, jurnalistika tələbəsi mediada, hüquq və dil tələbəsi sənəd və tərcümədə, idman ixtisası tələbəsi hakimlik və məşqçilik hazırlığında. Beləliklə tələbə CV-sinə yazılan təcrübə qazanır.
Bitmiş hər işə görə sertifikat, 6 ay davamlı iştiraka görə tamğa verilir. Alpaqutun inkişafına real nəticə ilə töhfə verən iştirakçılara pul mükafatı nəzərdə tutulub. Məzun olub öz şəhərinə qayıdan gənclərə orada alpaqut qrupu açmaq üçün dəstək göstəriləcək.
Sınaq ilində 50–60 yer var. Hər təhsil müəssisəsindən ilk 15 qeydiyyat qəbul olunur. Qeydiyyat onlayndır: alpagut.az/gencler
Əlaqə: +994 55 789 77 16, [email protected]
saytlarin hazirlanmasi
