İtaliyanın "Parma" klubu baş məşqçi Karlos Kuesta ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı yaşanıb. Buna görə ddə 31 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Karlos Kuesta 2025-ci ilin yayında "Parma"nın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda İtaliya çempionatında 5 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
