Kodi Qakpo topuq nahiyəsindən aldığı zədə səbəbindən bir neçə oyunu buraxa bilər.
Sportal.az xəbər verir ki, Niderland millisinin hücumçusu Millətlər Liqasında Serbiyaya qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan matçın 17-ci dəqiqəsində əvəzlənib. Vinger “İpsviç”in yarımmüdafiəçisi Saşa Lukiçin sürüşmə fəndindən sonra topuğundan zədələnib.
Qakpo “Liverpul”un düşərgəsinə qayıdacaq və burada əlavə tibbi müayinədən keçəcək.
Jurnalist Rik Elfrinkin məlumatına görə, Eyndhovendə aparılan müayinə 27 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını göstərib.
saytlarin hazirlanmasi
