Portuqaliyalı yarımmüdafiəçi Braziliya klubuna keçə bilər

14:26 - 29 Sentyabr 2026

PSJ-dən ayrıldıqdan sonra klubsuz qalan Renatu Sançeş karyerasını Braziliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Korintians" portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi azad agent statusunda olan Sançeşlə rəsmi danışıqlara başlayıb. 29 yaşlı futbolçunun "Korintians"a keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, PSJ Renatu Sançeşi 2022-ci ilin yayında "Lill"dən 15 milyon avroya transfer etmişdi. Portuqaliya millisinin sabiq üzvü 2025/26 mövsümündə icarə əsasında "Panatinaikos"da çıxış edib. Təcrübəli oyunçu Afina klubunun heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti