"Çexiya kimi güclü komandaya qarşı oyunda bir xal götürməyi bacardıq. Bunun komandamıza yaxşı təsir edəcəyinə inanıram. Növbəti iki oyunumuzda yaxşı nəticə qazanmağa çalışacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında U-21 yığma komandamızın kapitanı Emin Rüstəmov deyib.
O, bu gün U-21 yığma komandamızın AVRO-2027-nin seçmə mərhələsinin Şotlandiyaya qarşı keçiriləcək görüşdən gözləntilərini də bildirib. Bununla yanaşı, Rüstəmov Bakıda Şotlandiya ilə 3:3 hesabı ilə başa çatmış matçı da xatırlayıb:
"Şotlandiya ilə oyuna ciddi hazırlaşırıq. Bizi çətin ağır səfər oyunu gözləyir. Əlimizdən gələni edəciyik ki, bu oyundan xal və xallar qazanaq. Bəli, Bakıda şotlandlara qarşı yaxşı mübarizə aparmışdıq. Qələbəyə çox yaxın idik. Lakin təəssüf ki, son anda qələbəni əldən vermişdik. Səfərdə ən yaxşısını etməyə çalışacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
