17 yaşlı yarımmüdafiəçi Avropa nəhənglərinin hədəfində

21:16 - 1 Oktyabr 2026

"Tixuana"nın yarımmüdafiəçisi Xilberto Mora karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" meksikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

Mersisayd klubu Moranı uzun müddətdir izləyir və onun heyətinə qatmaq ehtimalını nəzərdən keçirir. 17 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə "Barselona", PSJ və "Bavariya" da maraqlanır. Meksika klubu gənc istedadı mövsüm başa çatdıqdan sonra satmağı düşünür.

Qeyd edək ki, Xilberto Mora "Tixuana"nın yetirməsidir. Meksika millisinin üzvü cari mövsümdə "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 7 rəssmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti