Bundesliqa klubu türkiyəli vingeri transfer etmək istəyir

21:01 - 30 Sentyabr 2026

"Fənərbaxça"nın futbolçusu Oğuz Aydın karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Hamburq" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Hamburq"un nümayəndələri uzun müddətdir Oğuzun oyununu izləyirlər. Almaniya klubu 25 yaşlı ön xətt oyunçusunu yanvarda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Fənərbaxça" Oğuz Aydını 2024-cü ilin yayında "Alanyaspor"dan 6 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti