Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk edir.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, komandanın kapitanı sabah Millətlər Liqası çərçivəsində Danimarka ilə oyunun keçirilməli olduğu Kopenhagendəki “Parken” stadionunu tərk edib. Bu zaman onun milli komandadakı tərəfdaşları meydanda məşq edirdilər.
Ronaldonun şəxsi təyyarəsi yaxın saatlarda Madriddən Danimarkanın paytaxtına uçacaq, daha sonra isə yenidən İspaniyaya qayıdacaq. "Marca" da Kriştianonun milli komandanın düşərgəsini tərk edəcəyini bildirir.
Xatırladaq ki, 41 yaşlı Ronaldo Norveçlə matçda əvəzetmədən meydana buraxılmamasından narazı qalmışdı. Oyundan sonra Ronaldo ilə baş məşqçi Jorje Jesus arasında söhbət baş tutmuş və daha əvvəl yayılan məlumata görə, tərəflər yaranmış vəziyyəti həll etmişdilər.
Bu gün Jezuş Ronaldonun Danimarka ilə oyunda da meydana çıxmaya biləcəyini bildirib.
saytlarin hazirlanmasi
